Avropada qazın qiyməti ucuzlaşdı
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
1news.az xəbər verir ki, 3 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 489,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (511,6 dollar) ilə müqayisədə 4,7% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
494