Avstraliyada yenə də güclü zəlzələ baş verdi
Bazar ertəsi Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.
Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə yerləşir. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşayıb işlədiyi, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir.
Yeraltı təkanın ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
360