Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev15:28 - 13 / 03 / 2023
Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər