Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0.28% – 31,819.14 bəndədək, S&P 500 indeksi 0.15% – 3,855.76 bəndədək azalıb, Nasdaq indeksi isə 0.45% – 11,188.84 bəndədək artıb.
1news.az xəbər verir ki, Avropa fond bazarlarında martın 13-də Almaniyanın DAX indeksi 3.04% – 14,959.47 bəndədək, FTSE 100 indeksi 2.58% – 7,548.63 bəndədək, Fransanın CAC-40 indeksi isə 2.9% - 7,011.50 bəndədək enib.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.25 % dəyər itirərək 1.0704 dollara bərabər olub.
387