Türkiyədə sel nəticəsində 12 nəfər ölüb - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sel nəticəsində 12 nəfər ölüb - VİDEO - YENİLƏNİB

17:46 - 15 / 03 / 2023
Türkiyədə sel nəticəsində 12 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı artıb.

1news.az Türkiyə KİV-lərinə istinadən istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparıb, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Şanlıurfada isə 10 nəfər ölüb.

***

14:45

Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb.

Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb.

Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.

Paylaş:
1408

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər