Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEO

Qafar Ağayev15:53 - 17 / 04 / 2023
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.
1news.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarış iştirakçılarına yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Paylaş:
328

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər