Naqif Həmzəyev: “Azərbaycan gələcəkdə də Balkan dövlətləri ilə əlaqələrini daha da artıracaq” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Azərbaycan gələcəkdə də Balkan dövlətləri ilə əlaqələrini daha da artıracaq”

Ayşən İsmayılova14:03 - 26 / 04 / 2023
Naqif Həmzəyev: “Azərbaycan gələcəkdə də Balkan dövlətləri ilə əlaqələrini daha da artıracaq”

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çox maraqlı məqamlarla yadda qaldı”.

Bunu 1news.az-a Prezidenti İlham Əliyevin 25 Apreldə baş tutan Bolqarıstan səfəri ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Biz bundan öncə də Azərbaycan enerji resurslarının Balkanlara, o cümlədən Avropaya çatdırılması ilə əlaqədar görüşlərin şahidi olmuşduq. Bu səfər zamanı da xüsusi imzalama mərasimi həyata keçirildi. Bu da birbaşa olaraq Azərbaycan qazının Bolqarıstana, oradan sonra isə Mərkəzi Avropa ölkələrinə çatdırılması üçün əla şərait yaradacaq. Bununla yanaşı, Bolqarıstanda SOCAR ofisinin açılışı da oldu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə yanaşı Bolqarıstan prezidenti Rumen Radev də iştirak etdi".

Deputat bildirib ki, ikitərəfli görüşlər zamanı da Azərbaycan və Bolqarıstan münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycan enerji resurslarının Avropaya çatdırılması üçün görülə biləcək işlər müzakirə edildi.

"Bolqarıstan Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyən, Azərbaycanla dost olan ölkələrdən biridir. Möhtərəm cənab prezidentin uğurlu xarici siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu günü-gündən artmaqdadır. Biz İtaliya və Yunanıstandan sonra Balkan dövlətlərinin də qaz tələbatını qarşılanması üçün təxirəsalınmaz işlər gördük. Ancaq heç kəsə sirr deyil ki, qazın ixrac edilməsi digər enerji resursların ixracından fərqlidir. Xüsusi sazişlər, müqavilələr olmalıdr ki, bu proses irəliləyə bilsin.

Son dövrdə həyata keçirilmiş silsilə tədbirlər və imzalanmış bir çox önəmli sənədlər var ki, bu da Azərbaycan qazının yaxın dövr üçün Avropada tələbatın qarşılanmasında mühüm rol oynayacağına zəmanət verəcəkdir. Bu səfərin çox uğurlu keçdiyini düşünürəm. Azərbaycan gələcəkdə də Balkan dövlətləri ilə əlaqələrini daha da artıracaq. Düşünürəm ki. Bolqarıstan da Azərbaycanın əsas dost, qardaş dövlətlərindən biri kimi bu resursların Avropaya çatdırılmasında öz dəstəyini nümayiş etdirəcək”.

Xatırladaq ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri olub. Səfər zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Paylaş:
815

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər