Ceyhun Bayramov: Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən tərəfdir
Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan tərəfdir.
1news.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Vətən müharibəsinə qədər danışıqlar prosesinin vasitəçilərinin çağırışlarla Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın müəyyən gözləntisi var idi. Uzunmüddətli gözləntilər sonradan məyusluğa çevrildi.
Bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı həmişə o idi ki, siz bizi başa düşməlisiniz, bizim vasitəçi rolumuz və funksiyamız var, biz bir çərçivə yaratmalı və Ermənistanı Azərbaycanla danışıqlara və birbaşa təmaslara təşviq etməliyik, bunun nəticəsində də sülhə nail olmalıyıq. Yəni, təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında, bir növ, bərabərlik işarəsi qoyulurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələsə təmkinlə yanaşırdı. Amma bu gün biz bir sıra hallarda fərqli davranışları görürük”, - nazir əlavə edib.