Avropada qazın qiyməti açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qazın qiyməti açıqlandı

10:53 - 06 / 05 / 2023
Avropada qazın qiyməti açıqlandı

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarına yaxın səviyyəsində qərarlaşıb.

1news.az xəbər verir ki, 5 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 408,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (405,5 dollar) ilə müqayisədə 0,8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər