Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.
Nazirlər Kabinetindən 1news.az-a verilən xəbərə görə, görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulandı, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edildi.
Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirildi.
Eyni zamanda iki ölkə arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olundu.