Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran kommisiyaya çağırılıb | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran kommisiyaya çağırılıb

17:14 - 26 / 05 / 2023
Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran kommisiyaya çağırılıb

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran kommisiyaya çağırılıb.

1news.az xəbər verir ki, bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.

O deyib ki, N.Paşinyan iyun ayında komissiyada dindiriləcək. Hökumət başçısı bir çox suala cavab verməli olacaq.

Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.

Bu il may ayının 3-də komissiyanın fəaliyyət müddəti daha 3 ay uzadılıb.

Paylaş:
1984

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər