Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

10:02 - 27 / 05 / 2023
Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,65 % artaraq 78,98 ABŞ dolları təşkil edib.

Bu barədə 1news.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 77,12 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər