“Havanı kim çirkləndirir?” şüarı ilə yeni aksiyaya start verilib
Ətraf mühitin mühafizəsi, atmosfer havasının təmizliyinin qorunmadına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya başlanılıb.
1news.az xəbər verir ki, Layihənin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsi işinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən rast gəldikləri atmosfer havasına atılan tullantılar (tüstülər) barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur. Anonimlik ETSN tərəfindən təmin olunur.
Gəlin, təmiz mühitdə yaşamaq üçün birlikdə mübarizə aparaq!