Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb

Qafar Ağayev16:52 - 05 / 06 / 2023
Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 5-də İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən Milli Məclisin sədri, Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğunu bildirib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlər münasibətlərin inkişafında müstəsna rol oynayıb. Sahibə Qafarova Prezident İsxak Hersoqun may ayında Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, səfərin Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inamını bildirib. Spiker, həmçinin, bu il Azərbaycanın İsraildə səfirliyinin açılmasının iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına və əməkdaşlıq üçün geniş imkanlar yaradılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə Sahibə Qafarova bildirib ki, yəhudilər və azərbaycanlılar əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Bu gün yəhudi icması ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. O, diqqətə çatdırıb ki, yəhudi icması dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri fəaliyyət göstərir. Eyni zamanda, İsraildə yaşayan yəhudi əsilli həmvətənlərimiz də ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verirlər.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında oynadığı müsbət roldan bəhs edərək, bu istiqamətdə hər iki parlamentdə qarşılıqlı dostluq qruplarının fəaliyyətini, parlament üzvlərinin səfərlərini yüksək qiymətləndirib. Spiker Sahibə Qafarova Milli Məclisin Knessetlə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayıb. O, həmçinin deyib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında təmasların artırılması və əməkdaşlığın genişləndirilməsi qanunverici orqanlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteyn göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

O, İsrailin Azərbaycanı özünə dost ölkə saydığını deyib. Komitə sədri əlaqələrimizin yüksələn xətt üzrə inkişafından məmnunluğunu dilə gətirərək, İsraillə Azərbaycan arasında tərəfdaşlığın xalqlarımızın mənafeyinə, sülhün və əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb. O, İsrail Prezidenti İsxak Hersoqun ötən ayın sonlarında ölkəmizə səfərini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirib. İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının vacibliyini vurğulayan qonaq, deyib ki, bu münasibətlərimizin daha da genişləndirilməsində mühüm rola malikdir.

Yuli Yoel Edelşteyn ölkələrimizin bir sıra sahələr üzrə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək, bildirib ki, parlamentlərimiz arasında münasibətlərin daha da inkişafı Azərbaycan və İsrail arasında münasibətlərin dərinləşməsində özünəməxsus rol oynayır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
258

Son xəbərlər

Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17
Bütün xəbərlər

Next TV