Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib

Qafar Ağayev17:44 - 05 / 06 / 2023
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyasında Azərbaycanı təmsil edən Ülkər Səttarova təşkilatın İdarə Heyətinə üzv seçilib.

Bu barədə 1news.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Agentliyin İdarə Heyətinin sədri olan Ülkər Səttarovanın namizədliyini səsvermə hüququna malik 25 nəfərdən 19-u dəstəkləyib.

Ülkər Səttarova çıxışında ona göstərilən etimada görə minnətdarlığını bildirib, son illər ölkəmizdə elm, ali təhsil sahəsində həyata keçirilən islahatlar və TKTA tərəfindən icra edilən layihələr barədə iştirakçıları məlumatlandırıb.

CEENQA Baş Assambleyasında Azərbaycanla yanaşı, Almaniya, Estoniya, Ermənistan, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Moldova, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstanın keyfiyyət təminatı agentliklərinin rəhbərləri, eləcə də Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiya (ENQA), Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) nümayəndələri iştirak ediblər.

Tədbirdə növbəti CEENQA Baş Assambleyasının Bakıda keçirilməsinə dair qərar dəstəklənib.

Qeyd edək ki, 26 ölkədən 41 agentliyin qoşulduğu təşkilat Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq edir.

TKTA 2021-ci ilin oktyabr ayından CEENQA-nın tamhüquqlu üzvüdür.

Paylaş:
225

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV