Dünya bazarında neft cüzi ucuzlaşıb
Çərşənbə axşamı səhər dünya bazarında neftin qiymətləri cüzi düşüb.
1news.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 0,51 % ucuzlaşaraq 1 bareli 76,32 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,62 % düşərək 1 bareli 71,7 ABŞ dolları təşkil edib.
Bir gün əvvəl hasilatın azalması ilə bağlı xəbərlər fonunda neft qiymətləri artsa da, çərşənbə axşamı Çin tərəfindən tələbin mümkün artması ilə bağlı şübhələr fonunda qiymətlər mənfi dinamikaya keçib.
Xatırladaq ki, “OPEC+” alyansı 2024-cü ildən neft hasilatının ümumi hədəf səviyyəsini gündəlik təxminən 1,4 milyon barel azaldaraq, 40,46 milyon barelə endirilməsi ilə bağlı qərar qəbul edib.