İranın vitse-prezidenti istefa verib | 1news.az | Xəbərlər
Dünya

İranın vitse-prezidenti istefa verib

10:49 - 12 / 06 / 2023
İranın vitse-prezidenti istefa verib

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi vəzifəsindən istefa verib.

1news.az APA-ya istinadla xəbər verir ki, ölkə Prezidentinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.

Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. Möhsün Rzayi 3 dəfə prezident seçkilərində namizəd olub.

Paylaş:
570

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər