İranda su böhranı yaşanır | 1news.az | Xəbərlər
Dünya

İranda su böhranı yaşanır

13:47 - 14 / 06 / 2023
İranda su böhranı yaşanır

İranın paytaxtı Tehran şəhərinin mərkəzində, həmçinin qərb və şimal bölgələrində içməli su qıtlığı yaranıb.

1news.az APA-ya istinadla xəbər verir ki, yerli mediada yayılan xəbərlərə görə, Tehranın bir çox ərazilərində artıq altın gündür su kəsilib və hökumət problemi həll etmək üçün verdiyi vədləri yerinə yetirmir.

Sosial şəbəkədə Tehranın mərkəzi hissələrinə su verildiyinə dair görüntülər yayılıb. Bəzi mənbələr bildirir ki, əhaliyə paylanan su içməli deyil və sağlamlığa zərərlidir. Hökumət su qıtlığını son günlər baş verən sel və daşqınlarla əlaqələndirib, əhaliyə məsuliyyətli olmağı və problemin həll yolu üçün sudan daha qənaətlə istifadə etməyi tövsiyə edib.

Ekspertlər su qıtlığının bir çox problemə səbəb olduğunu, hətta mineral suyun da çatışmadığını bildirib. Ölkənin bəzi bölgələrində içməli su qıtlığının yaranması İrandan içməli suyun ixrac olunduğuna dair iddiaları artırıb. Mineral Su İxracatçıları Cəmiyyətinin katibi Peyman Furuhər deyib ki, ötən il Rusiyaya 6-7 milyon dollar olmaqla, təxminən, 10 milyon dollar dəyərində su ixracatı olunub.

Latın Amerikasında səfərdə olan Prezident İbrahim Rəisi energetika naziri ilə telefon danışığı aparıb və su qıtlığı probleminin həlli ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, son illərdə ölkənin bir çox şəhərlərində hakimiyyətin su ehtiyatlarını düzgün idarə etməməsinə, zərərli bənd tikintisinə və kənd təsərrüfatını, içməli su mənbələrini məhv edən çayların siyasi motivli şəkildə dəyişdirilməsinə qarşı kütləvi etirazlar keçirilir. İran, ən azı, on ildir quraqlıqdan əziyyət çəkir və rəsmilər yağıntıların daha da azalacağı ilə bağlı xəbərdarlıq edir.

Paylaş:
349

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər