Qeyri-qanuni erməni silahlıları Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib | 1news.az | Xəbərlər
Siyasət

Qeyri-qanuni erməni silahlıları Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

Qafar Ağayev11:30 - 15 / 06 / 2023
Qeyri-qanuni erməni silahlıları Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Paylaş:
309

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər