Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Rəsmi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

14:16 - 19 / 06 / 2023
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər