Nazir müavini 4 günlük iş rejimi ilə bağlı danışdı: “Bu məsələ ikitərəflidir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir müavini 4 günlük iş rejimi ilə bağlı danışdı: “Bu məsələ ikitərəflidir”

12:37 - 21 / 06 / 2023
Nazir müavini 4 günlük iş rejimi ilə bağlı danışdı: “Bu məsələ ikitərəflidir”

"Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırmalı mövzudur".

1news.az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.

"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o qeyd edib.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər