Putin Tokayevə Rusiyadakı vəziyyət barədə məlumat verib | 1news.az | Xəbərlər
Dünya

Putin Tokayevə Rusiyadakı vəziyyət barədə məlumat verib

14:08 - 24 / 06 / 2023
Putin Tokayevə Rusiyadakı vəziyyət barədə məlumat verib

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin ölkədəki vəziyyət barədə Qazaxıstan Prezidentinə məlumat verib.

Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Rusiyada konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.

Putin Qazaxıstanın Rusiyadakı mövcud vəziyyətə anlayışla yanaşmasına görə təşəkkür edib.

Paylaş:
561

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər