QHT-lər azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalmasını pisləyib | 1news.az | Xəbərlər
Siyasət

QHT-lər azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalmasını pisləyib

15:44 - 30 / 06 / 2023
QHT-lər azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalmasını pisləyib

Azərbaycan Açıq Hökumət Platforması azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalmasını pisləyib.

1news.az xəbər verir ki, təşkilatın məsələ ilə bağlı bəyanatında bildirilib ki, bu hadisə söz və mətbuat azadlığının açıq şəkildə pozulmasıdır.

Qeyd olunub ki, iyunun 28-də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşları Fransada çəkiliş apararkən təzyiqə məruz qalıb.

"Təqiblərə şifahi təhqir, zorakılıqla hədələmə və fiziki hədə-qorxu daxildir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir ki, hər kəsin fikir və ifadə azadlığı hüququ var. Bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Söz və mətbuat azadlığı Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və Konvensiya ifadə azadlığı hüququnu təmin edir", - Azərbaycan Açıq Hökumət Platformasının bəyanatında vurğulanıb.

Bildirilib ki, Fransa hökuməti bu hadisəni obyektiv şəkildə araşdırmaq və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək vəzifəsini daşıyır.

Azərbaycan Açıq Hökumət Platforması Fransa hökumətini AzTV əməkdaşlarına təzyiq göstərilməsi faktı ilə əlaqədar hərtərəfli və qərəzsiz araşdırma aparılmasına, günahkarların qanun çərçivəsində məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmağa çağırıb: “Söz və mətbuat azadlığı sağlam demokratiya üçün vacibdir. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistlərin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq”.

Paylaş:
446

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər