Ukrayna Ermənistana sanksiya tətbiq etdi
Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə qarşı sanksiya tətbiq edib.
1news.az Report-a istinadla xəbər verir ki, bu barədə müvafiq sənədi iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.
Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir.
Xatırladaq ki, V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşları və şirkətləridir.
1717