Baş direktor: “Əsas məsələ binaları zəlzələyə dayanıqlı inşa etmək lazımdı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş direktor: “Əsas məsələ binaları zəlzələyə dayanıqlı inşa etmək lazımdı”

Qafar Ağayev11:46 - 04 / 07 / 2023
Baş direktor: “Əsas məsələ binaları zəlzələyə dayanıqlı inşa etmək lazımdı”

“Azərbaycan aktiv seysmik zonada yerləşir” .

1news.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.

“Ölkəmiz zəlzələ zonasıdır və zəlzələ olması normaldır. Amma tam dəqiq proqnozlar yoxdur. Əsas məsələ binaları zəlzələyə dayanıqlı tikməkdir” .

Onun sözlərinə görə, zəlzələ ocaqları dənizdə və dərində yerləşir.

“Buna görə də yeraltı təkanlar yaşayış mərkəzlərində fəsadlar törədə bilməz”.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər