Günəşli Dubayda məzuniyyət: İstirahət və əyləncə üçün ən gözəl yerlər – FOTO

Aydın səma, bəyaz çimərliklər, isti dəniz, yüksək xidmət səviyyəsi, heyrətamiz memarlıq, mağazalarda geniş məhsul çeşidi, istənilən zövqə uyğun əyləncələr və səyahətsevərlər üçün sonsuz imkanlar uzun zamandır Dubayı Azərbaycan turistlərinin sevimli yerlərindən birinə çevirib.
Bununla yanaşı şəhəri hər dəfə yeni tərəfindən kəşf edəcəksiniz, buna görə də ən yaxşısı səyahəti öncədən planlaşdırmaqdır ki, məzuniyyət ərzində materialda sözü gedəcək ən gözəl yerləri ziyarət edə biləsiniz.
Tanışlıq
Əmirliklə tanışlığınıza qeyri-adi başlayın: The Yellow Boats ilə Palm Jumeirah sahili boyunca qayıqla gəzintiyə çıxın və ya Dubai Creek körfəzi boyunca ənənəvi abra qayığında dəniz səyahətinə yollanın.
Xclusive Yachts Sport Fishing & Yacht Charter şirkəti dünya səviyyəli Dubai Marina Yachts Clubu ilə hətta kiçik dəniz kruizini və ya balıq ovu səfərini unudulmaz günə çevirəcək dəbdəbəli turlar təşkil edir. Dubayı tamamilə fərqli bucaqdan görmək üçün əla fürsəti marşrutu bütün sahil boyunca uzanan Dubai Ferry paromunda səyahət bəxş edəcək.
Paralel kainat
Paralel dünyaya getmək istəyirsiniz? Green Planet oranjereyasına baş çəkin – meqapolisin ortasında əsl tropik meşə. Burada 3000-dən çox ekzotik flora və fauna nümayəndələrini görə bilərsiniz.
Dünyanın ən heyrətamiz akvariumlarından bir neçəsi məhz Dubayda yerləşir. Bu Dubai Aquarium & Underwater Zoo və itirilmiş Atlantida dünyası stilində The Lost Chambers akvariumlarıdır. Dubay delfinariyasında isə delfinlərin iştirakı ilə parlaq şou-proqramları izləyə bilərsiniz. Hətta delfinlərlə üzmə imkanınız da olacaq.
Dünyanın ən böyük qapalı virtual reallıq parkı olan Play DXB Dubai Mall-da yerləşir və qonaqlar burada unudulmaz əyləncələr yaşayacaqlar. Parkda 30-dan çox unikal atraksion, interaktiv və maarifləndirici zonaları var, buna görə də bütün gününüzü burada rahat şəkildə keçirmək mümkündür.
Uşaqlar üçün Dubayda daha çox gözəl və maraqlı əyləncələr haqqında ətraflı məlumatı linkə keçid edərək oxuya bilərsiniz.
AYA immersiv əyləncə parkı WAFI City Mall ticarət mərkəzində yerləşir. 4 000 kv.m-ə yaxın sahədə hər birinin öz unikal tematikası və interaktiv elementləri olan 12 zona yerləşir. Burada müasir səs, işıq və qrafik xüsusi effektlər mükəmməl şəkildə birləşir, bu səbəbdən bura parlaq və qeyri-adi fotoşəkillər üçün ideal yerdir.
Dubayda siz həmçinin suda və havada akrobatik tryuklar və inanılmaz xüsusi effektlər ilə maraqlı La Perle teatr şousundan həzz ala bilərsiniz. Bu teatr şousu şəhərin mədəniyyət proqramında daima yer tutan bu tip formatda ilk layihədir.
Şopinq
İstirahətinizi şopinqsiz təsəvvür edə bilmirsiniz? O zaman Ən dəbli yaşayış rayonunda yeni ticarət əyləncə mərkəzi olan Dubai Hills Mall-a gedin. Burada 600-dən çox mağaza, restoran və kafe var və onun əsas görməli yerlərindən biri “The Storm” qapalı amerikan atraksionudur.
Başqa bir əyləncəvi ticarət mərkəzi də Palm Jumeirah adasında yerləşən Nakheel Mall-dur. Onun daxilində 300-dən çox mağaza, restoran və əyləncə mərkəzi var, onlardan Trampo Extreme batut parkı, Fabyland qapalı oyun meydançası və Vox Cinemas kinoteatrıdır.
Sərfəli təkliflər üçün Dubai Outlet Mall –a baş çəkin. Burada 240 mağaza var və həmin mağazalarda 30%-dən 90%-dək endirimlə 1200 aparıcı dünya brendlərinin məhsulları təqdim olunub. Prestij brendlərin paltar və aksesuarlarını aşağı qiymətlə həmçinin Outlet Village ticarət mərkəzində də əldə edə bilərsiniz. Aktiv istirahət
Siz aktiv istirahət pərəstişkarısınız? Dubay aktiv vaxt keçirmək üçün əla yerdir! Burada ən yaxşı paraşüt klublarından biri olan Skydive Dubai yerləşir. Klub sizə Palm Jumeirah adası üzərində 4000 metr hündürlükdən tullanmağı təklif edir. Unudulmaz təəsüratlar yaşayacağınızdan əmin olun!
Səhrada kvadrasikl sürmək səhrada ralli emosiyalarını yaşamağı arzulayan hər kəsə maraqlı olacaq.
XLine Dubai Marina – dünyada ən uzun şəhər ziplaynlarından biridir, uzunluğu 1 km-dir. Saatda 80 km sürətlə Dubai Marina müasir rayonun superyaxta və göydələnlərinin üzərindən uçacaq və buxtanın digər sahilində Dubai Marina Mall ticarət mərkəzinin terasına enəcəksiniz.
Su idman növlərini sevərlər üçün yeni atraksion- dərinliyində "batmış şəhərin" yerləşdiyi Deep Dive Dubai dayvinq üçün basseyni də qeyd etməmək olmaz. Dərinliyi 60,02 metr olan bu baseyn dünyanın ən dərin baseynidir.
Şəhərin mərkəzində Address Sky View otelinin üstündə şəhərə tamamilə yeni rakursdan baxmağa imkan verən unikal Sky Views Dubai açılıb. Bu sadəcə Observatory izləmə meydançası deyil, həm də ən cəsarətli olanlar üçün atraksiondur. Burada Glass Slide şüşə atraksionu və Edge Walk açıq gəzinti meydançası mövcuddur.
Gördüyünüz kimi Dubay həm aktiv istirahəti və maraqlı mədəniyyət proqramlarını tərcih edənlər, həm də çimərlikdə istirahətlə yanaşı şopinq və maraqlı ekskursiyaları sevənlər üçün ideal yerdir.
Dubay səyahətinizi elə bu gündən PASHA travel şirkəti ilə planlaşdırmağa başlayın. Şirkətimiz bir nəfər üçün ikiyerli yerləşmə ilə 665 dollardan başlayan turpaketlər təklif edir. Qeyd edək ki, qiymət dəyişə bilər və bron zamanı yoxlanmalıdır.
Əlaqə nömrəsi: +994 99 203 01 98 / [email protected]
Reklam hüququnda