Bu il 219 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2023-cü ilin yanvar-iyun ayları ərzində qanunsuz 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələr dövriyyədən çıxarılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından 1news.az-a verilən xəbərə görə, dövriyyədən çıxarılan narkotikin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.
213