Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşə Şarl Mişel də qatılacaq | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşə Şarl Mişel də qatılacaq

10:14 - 14 / 07 / 2023
Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşə Şarl Mişel də qatılacaq

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.

1news.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şarl Mişel iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşiyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşə qatılacaq.

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər