“Kaktus vandallarına” qarşı mübarizə: Bulvarda zədələnmiş bitkilər yenidən bərpa olunacaq - FOTO

Bakının Primorski bulvarında vətəndaşlar tərəfindən dəfələrlə ziyan vurulan kaktuslar olan ərazinin ətrafına hasar çəkilib.
1news.az-ın məlumatına görə, Bulvar rəhbərliyi zədələnən kaktusların bərpasını, lazımi formaya gətirilməsini, həmçinin yenilərinin əkilməsini, ərazini genişləndirməyi planlaşdırır.
Öz növbəsində bitkiləri kaktusların üzərində müxtəlif yazılar cızaraq onları zədələyən insanlardan qorumaq üçün ərazinin ətrafına hasar çəkiləcək. Bundan sonra kaktuslara çatmaq fiziki cəhətdən mümkün olmayacaq.
462