“Əgər sellofan paketə qarşı mübarizə aparılırsa,...” - Yerə atılan zibillər, kəsilən ağaclar, dənizə axıdılan çirkab sular - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əgər sellofan paketə qarşı mübarizə aparılırsa,...” - Yerə atılan zibillər, kəsilən ağaclar, dənizə axıdılan çirkab sular - ŞƏRH

Ayşən İsmayılova11:26 - 24 / 07 / 2023
“Əgər sellofan paketə qarşı mübarizə aparılırsa,...” - Yerə atılan zibillər, kəsilən ağaclar, dənizə axıdılan çirkab sular - ŞƏRH

Yəqin ki, ölkəmizdə həyatı boyunca paltarına və ya ayaqqabısının altına saqqız yapışmamış bir insan tapmaq müşkül məsələdir.

Küləyin gah göydə uçurduğu, gah da yerdə sürüdüyü sellofan torbalarla qucaqlaşan insanlar isə bir başqa aləmdir. Dənizə dincəlmək üçün gedib axıdılan kanalizasiya sularından məst olanlar, isti havalarda günəşin qızmar şüalarından qaçmaq üçün kölgəlik yer axtaranlar və s.
Ekologiya və ətraf mühitin qorunmasının necə labüd olduğunu həyatımızın hər anında görə və duya bilərik. Qəribədir ki, bunun önəmini dərk etməyən fiziki və hüquqi şəxslər hələ də var və onların sayı heç də az deyil.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan ekoloq Telman Zeynalov ölkəmizdəki ekologiya ilə bağlı problemlərdən bəhs edib:

“Su, torpaq, hava, dəniz, relyef – bunların hamısında nə dəyişiklik olursa, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Onlar bütün bunlara nəzarət edib lazım olan tədbirləri həyata keçirirlər.
Ekologiya ilə bağlı ən böyük problemlər suyun çirkləndiririlməsi, ətraf mühitin çirkləndirilməsi, zibillərin yığışdırılması, maşınların havaya buraxdığı zərərli qazlardır”.

Ekoloq ağacların kəsilməsi, çimərliklərin çirkləndirilməsi məsələlərinə də toxunub.

“Ağaclar ya icra hakimiyyətinin əmri ilə, ya bələdiyyələr, ya da əhali tərəfindən kəsilir. Bununla bağlı da Ekologiya Nazirliyi sərəncam verib onları cərimələməlidir.

Sovet dövründə bütün kanalizasiyalar mərkəzləşdirilmiş stansiyada təmizlənirdi, daha sonra isə Xəzər dənizinə tökülürdü. Amma indi kanalizasiyalar birbaşa Xəzər dənizinə axıdılır. Kanalizasiya sularını kimlər birbaşa Xəzərə tökürsə, monitorinq aparılmalı, onları cərimələməli, suların təmizlənməsi üçün stansiya tikilməlidir. Suları təmizləsinlər, sonra dənizə töksünlər.
Ətrafın mühitin çirkləndirilməsinə gəlincə, o da əhailinin öz təqsiridir. Çimərliklərdə yeyib-içirlər, zibilləri qoyub gedirlər. O zibilləri kim yığıdırmalıdır?”

T.Zeynalov problemlərin həlli üçün görülməli olan işlərdən də danışıb:

“Problemləri həll etmək üçün monitorinq keçirilir, qərar verilir və tədbirlər həyata keçirilir. Lazım olan qurumlar cərimə olunur, lazım olan qurumlara öyüd-nəsihət verilir, lazım olan qurumların isə təşkilatlarını bağlayırlar. Yəni sərt qərarlar qəbul olunmalıdır”.

Ekspet təbiətin qorunması üçün sellofan torbaların pulla satılması qərarı ilə bağlı da fikir bildirib:

“Əgər marketlərdə paketlərin pulunu səndən çıxırlarsa, bu çirkin iqdisadi oyundur. Əgər sellofan paketə qarşı mübarizə aparılırsa, kağız paketlərə keçmək lazımdır”.

Ümid edirik, ekologiya ilə bağlı bütün problemlər ən qısa müddətdə öz həllini tapar. Unutmayaq ki, təbiəti qorumaq bizim insan kimi ən ümdə borclarımızdan biridir. Zibili yerə atmaq əvəzinə zibil qabı tapanadək özümüzdə saxlamalı, siqareti kötüyünü hara gəldi atmamalı, maşından çölə butulka tullamamalı, çimərliklərdə və təbiət qoynunda istirahət etdikdən sonra özümüzdən yadigar olaraq qarpız qabıqları qoymayacaq qədər qanacaqlı və düşüncəli olmalıyıq. Onu da unutmayaq ki, isti havalarda ilk olaraq bizə qucaq açan, kölgəsi ilə dadımıza çatan budaqlarını qırdığımız, gövdəsinə Hayıl üstəgəl Mayıl yazdığımız, kəsib yerinə binalar tikdiyimiz həmin ağaclar olur.

Paylaş:
409

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər