“Agro Dairy”nin icraçı direktoru ATİEA-nın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Agro Dairy”nin icraçı direktoru ATİEA-nın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib - FOTO

11:34 - 27 / 07 / 2023
“Agro Dairy”nin icraçı direktoru ATİEA-nın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib - FOTO

“Agro Dairy” şirkətinin icraçı direktoru Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

24 iyul 2023-cü il tarixində Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının növbəti iclası keçirilmişdir. Dövlət qurumlarının nümayəndələri, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlar, bu sahədəki mövcud vəziyyəti, habelə sənayenin inkişafı istiqamətində həll yollarını müzakirə etmək üçün bir araya toplanmışdır.

İclasın əsas məqamlarından biri yeni İdarə Heyəti sədrinin və İdarə Heyətinin üzvlərinin seçilməsi olmuşdur. İclasda səs çoxluğu ilə “Agro Dairy” şirkətinin icraçı direktoru cənab Niyazi Əmirbəyov İdarə Heyətinin sədri vəzifəsin təyin edilmişdir.

Assosiasiyanın sədri cənab Niyazi Əmirbəyov kənd təsərrüfatının rolunun vacibliyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi davamlı diqqət və dəstəyini vurğulayaraq son bir ildə taxıl istehsalının əvvəlki illərə nisbətən artdığını, bunun da həmin sektorun fəal inkişafının göstəricisi olduğunu qeyd etmişdir.

İclasın digər mühüm nəticəsi dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoqun təmin edilməsi olmuşdur ki, bu da aqrar sahədə vəziyyətin yaxşılaşmasına müsbət töhfə verəcəkdir.

Reklam hüququnda

Paylaş:
1493

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər