Çinli turistlər Rusiyaya buraxılmadı | 1news.az | Xəbərlər
Dünya

Çinli turistlər Rusiyaya buraxılmadı

18:00 - 05 / 08 / 2023
Çinli turistlər Rusiyaya buraxılmadı

Bir qrup çinli turistin Rusiyaya daxil olmasına icazə verilməməsi Çinin etirazına səbəb olub.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 29-u Rusiya-Qazaxıstan sərhədini keçməyə çalışan 5 çinli turist nəzarət-buraxılış məntəqəsində 4 saat ərzində dindirilib.

Ölkəyə buraxılmayan turistlərin vizaları da ləğv olunub.

“Bu insidentdə Rusiya hüquq-mühafizə orqanlarının qəddar hərəkətləri Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozub”, - deyə Çinin Moskvadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

Səfirlik bildirib ki, insidentdə iştirak edən turistlərin təqdim etdiyi videogörüntülər təhlil edildikdən sonra, diplomatik nümayəndəlik Rusiya XİN-ə, Federal Təhlükəsizlik Xidmətinə və Federal Sərhəd Xidmətinə müraciət ünvanlayıb.

Baş verən hadisənin iki ölkə arasındakı münasibətlərə zidd olduğu vurğulanıb.

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər