Azərbaycanın neft-qaz sektoruna sərmayələr çoxalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna sərmayələr çoxalıb

16:24 - 14 / 08 / 2023
Azərbaycanın neft-qaz sektoruna sərmayələr çoxalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 237,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik 18,8% çoxdur.

1news.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 724,3 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.

Paylaş:
386

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər