Ukraynalı diplomat Ermənistanda Göyçə gölündə ölü tapıldı
Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə (Sevan) gölündə boğulub.
1news.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Bildirilir ki, ərazidəki insanların xəbərdarlığı üzərinə hadisə yerinə xilasetmə qrupları göndərilib.
Xilasedicilər onun meyitini saat 20:15-də sahildən 25 m aralıda aşkarlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
1636