Hər avtoqəzada insan ölümü - Bunun qarşısı necə alınmalıdır? - DYP rəsmisi və ekspertlərdən CAVAB | 1news.az | Xəbərlər
Müsahibə

Hər avtoqəzada insan ölümü - Bunun qarşısı necə alınmalıdır? - DYP rəsmisi və ekspertlərdən CAVAB

Qafar Ağayev10:00 - 16 / 08 / 2023
Hər avtoqəzada insan ölümü - Bunun qarşısı necə alınmalıdır? - DYP rəsmisi və ekspertlərdən CAVAB

Daxili İşlər Nazirliyinin yol-nəqliyyat hadisələri ilə bağlı yayımladığı statistikalara diqqət etdikdə görərik ki, əksər qəzalar insan ölümü ilə nəticələnir.

Gün ərzində ən azından 2-3 nəfərin yol qəzaları səbəbindən dünyasını dəyişməsi böyük faciədir desək, yanılmalırıq.

Bunun səbəbi nədir? Hərəkət iştirakçıları hansı səhvlərə yol verir? Yol qəzalarının, xüsusilə insan ölümü ilə nəticələnən qəzaların sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, yol-nəqliyyat hadisələrinin bir çox səbəbləri var.

Araz Əsgərli

“Piyadaların iştirakı ilə olan qəzalarda piyada, sürücü diqqətsizliyi öz yerində, hadisələrin əsas səbəbi yol hərəkəti qaydalarının pozulmasıdır. Sürət həddini düzgün seçməmək, ötmə, manevr qaydaları, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq və ümumimilikdə yol hərəkəti qaydalarının pozulması ilə nümayiş etdirilmiş məsuliyyətsizlikdir. Kimsə düşünürsə ki, hansısa yol hərəkəti qaydasını pozmağın ən pis halda inzibati məsuliyyəti var, yanlış yanaşmadır. Ümumilikdə ətraf mühitə, özünə, şəxsinə qarşı, həyat və sağlamlıq baxımından düzgün təfəkkürdə olmamağın nəticəsidir. İnzibati məsuliyyətlə bitən hissə işin ən bəlasız ötüşən hissəsidir. Amma hər zaman qayda pozuntusu, məsuliyyətsizlik inzibati məsuliyyətlə nəticələnmir, kiminsə həyatının sonlanması, ağır xəsarət alması və s. faciəvi nəticələrə gətirib çıxarır. İnsanlar bu qayda pozuntularına müxtəlif müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar. Amma heç bir ağır nəticəni dəyişmir. Hadisələrin baş verməsinin yüzlərlə səbəbi var, bunun ən başında məsuliyyətsizlik, özünə, ətrafındakılara olan etinasız münasibətdir. Hamı yol hərəkəti qaydalarına təhlükəsizlik mədəniyyəti kimi yanaşsa və baş vermiş hadisələrdə məsuliyyətsizlik payını anlasa, hadisələrin qarşısı alınar”.

“Biz bu hadisələrin qarşıını almaq üçün əlimizdən gələni edirik” – deyə, A.Əsgərli əlavə edib:

“Təbliğat işləri aparırıq, bağçalardan məktəblərə, universitetlərə qədər, cəmiyyətin bütün təbəqələrini məlumatlandırırıq, qaydaları izah edirik, təhlükəsizlik tədbirlərinin mahiyyətini izah edirik. Amma belə hadisələrin baş verməməsi üçün insan özü həyatl ilə bağlı şüurlu bir seçim etməlidir. Baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, seçimlər məsuliyyətin yox, məsuliyyətsizliyin yaratdığı fəsadlardır”.

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı deyib ki, nəzarət tədbirləri gücləndirilməlidir.

Elməddin Muradlı

“İstisnasız hamı qanun qarşısında bərabər tutulmalıdır, məsuliyyət yaratmalıdır. Məsuliyyətizlik edən cəzasız qalmamalıdır. Elə bir dövrdür ki, məsuliyyətdən yayınmaq üçün müəyyən imkanlar da var və yaxud da yayınmaq “hüququ” qazanmış insanlar var ki, özlərin elə aparırlar, sanki bunlar toxunulmazdır. Daha açıq desək, bunlar şou-biznes əhlidir, müğənnilər, artistlər, sosial şəbəkələrdə məşhurlaşan adamlardır. Belə adamların əksəriyyəti cəmiyyətə pis örnək olurlar, avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmırlar, qəza şəraiti yaradırlar, sükan arxasında sosial şəbəkədə canlı yayım açırlar və s. qaydaları kobud şəkildə pozurlar.

Ekspert əlavə edib ki, istirahət vaxtlarında rayonlara şəxsi maşınla gedənlər də qayda pozuntularına yol verirlər.

“Sərhədlər bağlı olduğu üçün insanlar ölkə daxilində istirahətə üstünlük verirlər. Bu da magistral yollarda sıxlığa səbəb olur. İstirahətə gedən adam sürət həddini aşır ki, mənzil başına tez çatsın. Adam istirahət etməyə gedir, rahat gedib istirahət etməkdənsə qaydaları pozalaraq tələsir. Bu da ağır qəzalara səbəb olur. Orta hesabla gündəlik 2-3 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olur. Belə halların qarşısını almaq üçün ciddi addımlar atılmalıdır, hərəkət iştirakçıları diqqətli, məsuliyyətli olmalıdır”.

Nəqliyyat məsələri üzrə eksperti Aslan Əsədov bildirib ki, yol qəzalarının statistikasına nəzər yetirsək və keçən ilin eyni dövrü ilə müqayisə etsək, deyə bilərik ki, yol qəzalarında qəzanın motivləri olduğu kimi durur.

Aslan Əsədov

“Yəni, yenə sürət, ara məsafəsinin düzgü seçilməməsi, dayanmış maneəyə çırpılma və s. qayda pozuntuları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bu sahədə kifayət qədər maarifləndirmə işləri aparılsa da yenə də qəzaların, xüsusilə də insan vurulması ilə nəticələnən qəzaların sayı çoxdur. Sürücülər qaydalara riayət etməyərək həm özlərinin həm də başqalarının həyatını təhlükəyə atır. Bütün bunlara baxmayaraq maarifləndirmə daha da genişləndirilməlidir. Bu məsələyə məktəb vaxtlarından başlamaq lazımdır. İnsanlar anlamalıdırlar ki, bir anlıq səhv böyük faciələrə səbəb olur”.

Paylaş:
4548

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər