Ötən ay zibil qutusundan tapılan körpənin müalicəsi yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay zibil qutusundan tapılan körpənin müalicəsi yekunlaşıb

Qafar Ağayev15:52 - 17 / 08 / 2023
Ötən ay zibil qutusundan tapılan körpənin müalicəsi yekunlaşıb

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.

Bu barədə 1news.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.

Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.

Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər