24 ailə Füzuli şəhərinə yeni tikilən evlərdə məskunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

24 ailə Füzuli şəhərinə yeni tikilən evlərdə məskunlaşıb - FOTO

Qafar Ağayev17:44 - 21 / 08 / 2023
24 ailə Füzuli şəhərinə yeni tikilən evlərdə məskunlaşıb - FOTO

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.

1news.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
763

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər