Qərbi Azərbaycan İcması bəyanat yaydı: “Ermənistanın fitnəsi ilə...” | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması bəyanat yaydı: “Ermənistanın fitnəsi ilə...”

Qafar Ağayev12:18 - 31 / 08 / 2023
Qərbi Azərbaycan İcması bəyanat yaydı: “Ermənistanın fitnəsi ilə...”

Müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin mümkün ehtiyacını ödəmək üçün 40 ton unu Ağdam-Xankəndi yolu vasitəsilə aparmağa çalışır. Lakin, həmin bölgədəki qondarma rejim Ermənistanın fitnəsi ilə, Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir.

1news.az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir.

Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbilə imtina edildiyini göstərir.

Hər bir halda, Ermənistanın bu addımı bu dövlətin irqçi siyasətini və mülki əhalinin humanitar ehtiyaclarından siyasi məqsədlərlə sui-istifadə edəcək dərəcədə riyakar və qəddar olmasını göstərir.

Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır.

Paylaş:
376

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər