Avropada təbii qaz 6%-dək bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada təbii qaz 6%-dək bahalaşıb

10:01 - 12 / 09 / 2023
Avropada təbii qaz 6%-dək bahalaşıb

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

1news.az xəbər verir ki, 11 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 404,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,8 dollar) ilə müqayisədə 5,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər