Azərbaycan ət idxalını 2,2% artırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ət idxalını 2,2% artırıb

16:05 - 15 / 09 / 2023
Azərbaycan ət idxalını 2,2% artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib.

1news.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 573,2 ton və ya 2,2% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 7 281,94 min dollar və ya 16% çoxdur.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 26 149,91 min dollar dəyərində 45 495,85 ton ət idxal edilib.

Onu da qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər