Keçmiş məhkum narkotik satışına görə tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum narkotik satışına görə tutuldu

16:29 - 26 / 09 / 2023
Keçmiş məhkum narkotik satışına görə tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 308 kiloqram olan 4582 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
163

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

01 / 12 / 2023, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib01 / 12 / 2023, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”01 / 12 / 2023, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb01 / 12 / 2023, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub01 / 12 / 2023, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır01 / 12 / 2023, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb01 / 12 / 2023, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası01 / 12 / 2023, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu01 / 12 / 2023, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edib01 / 12 / 2023, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub01 / 12 / 2023, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb01 / 12 / 2023, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”01 / 12 / 2023, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub01 / 12 / 2023, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTO01 / 12 / 2023, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 101 / 12 / 2023, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib01 / 12 / 2023, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib01 / 12 / 2023, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO01 / 12 / 2023, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı01 / 12 / 2023, 12:44
Bütün xəbərlər

Next TV