Antiterror tədbirləri zamanı şəhid olan əsgər Cәsarәt Ziyadovun nəşi Biləsuvara gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Antiterror tədbirləri zamanı şəhid olan əsgər Cәsarәt Ziyadovun nəşi Biləsuvara gətirilib

11:55 - 29 / 09 / 2023
Antiterror tədbirləri zamanı şəhid olan əsgər Cәsarәt Ziyadovun nəşi Biləsuvara gətirilib

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan əsgər Ziyadov Cәsarәt Zaur oğlunun nəşi Biləsuvar rayonuna gətirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, onunla doğulduğu Xırmandalı kəndindəki evində vida mərasimi keçirilir.

Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra o, kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid C.Ziyadov 2004-cü ildə Biləsuvarın Xırmandalı kəndində anadan olub və 9 ayın əsgəri idi.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər