Muxtar Babayev: “Azad olunmuş ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev: “Azad olunmuş ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir”

Ayşən İsmayılova11:10 - 15 / 11 / 2023
Muxtar Babayev: “Azad olunmuş ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir”

"Azad olunmuş ərazilərimizdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılmış və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılmışdır".

1news.az xəbər verir ki bu sözləri Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyasının II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

"Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir. Axan çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiyası quraşdırılışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı müvafiq sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcəkdir.

Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək”.

“Diqqətinizə çatdırmaq istəyirəm ki, Ölkə Başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişmələrinin miqyasının azaldılması, yaşıl artım və təmiz ətraf mühitin təmin olunması yaxın illərə əsas strateji istiqamətlər kimi göstərilmişdir” – nazir fikilərinə əlavə edib:

“Hər birinizə məlum olduğu kimi, cari ilin 30 noyabr - 12 dekabr tarixlərində Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP 28) keçiriləcəkdir.

Məlumat üçün bildirim ki, ölkə pavilyonumuzda yerli və beynəlxalq qurumlar daxil olmaqla ümumilikdə 25-ə yaxın paralel görüşlərin keçirilməsi planlaşdırılır. Keçiriləcək görüşlərdə əsas diqqət iqlim fəaliyyəti, iqlim maliyyəsi, yaşıl enerjiyə keçid, su qıtlığı, dairəvi iqtisadiyyat, ətraf mühitin sağlamlığı, iqlim fəaliyyətinə gənclərin cəlb edilməsi, Qarabağ və Şərqi Zəngəzurda “dekarbonizasiya” zonasının yaradılması və işğaldan azad olunmuş ərazilərdə minalarla çirklənmiş ərazilərin reabilitasiyası mövzularına yönəldiləcəkdir".

Paylaş:
347

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər