“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb

Qafar Ağayev14:31 - 04 / 12 / 2023
“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunub.

ASCO-dan 1news.az-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip 1 ədəd “İnmarsat-C Sailor 6110 SSAS/LRİT” peyk rabitə terminalı,1 ədəd sürət ölçən LAQ quraşdırılıb, komanda-yayım qurğusu əsaslı təmir olunub.

Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.

Məlumat üçün bildirək ki, uzunluğu 149, 9, eni 17,3 metr olan “Prezident Heydər Əliyev” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.

Paylaş:
290

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər