Yağış, qar yağacaq - 13 dekabrda gözlənilən proqnoz açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış, qar yağacaq - 13 dekabrda gözlənilən proqnoz açıqlandı

12:31 - 12 / 12 / 2023
Yağış, qar yağacaq - 13 dekabrda gözlənilən proqnoz açıqlandı

Dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər