İlham Əliyev Xocalının Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub - FOTO - YENİLƏNİB 3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub.
1news.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.
Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII—XI əsrlərə aid olduğu müəyyən edilib.
16:43
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.
1news.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.
16:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
1news.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.
16:36
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub.
1news.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.
***
13:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.
1news.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.