“ASG Helicopter Services” şirkətinin 15 illik yubileyi helikopter ənənələrinin davamı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASG Helicopter Services” şirkətinin 15 illik yubileyi helikopter ənənələrinin davamı - FOTO

16:10 - 29 / 12 / 2023
“ASG Helicopter Services” şirkətinin 15 illik yubileyi helikopter ənənələrinin davamı - FOTO

Zabrat hava limanında ilk helikopter eskadrilyasının yaradılmasının tarixi ötən əsrin 60-cı illərinə gedib çıxır.

O vaxtdan etibarən Azərbaycanda sabit və inkişaf edən kiçik aviasiya sənayesi formalaşıb, yerli mütəxəssislərin hazırlanmasına və ən müasir təyyarələrin istismarına diqqət ayrılıb. Bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə Azərbaycanın hazırkı Prezidenti cənab İlham Əliyevin bilavasitə dəstəyi ilə respublikanın təyyarə parkının köhnə modelləri Qərbin “Airbus”, “Sikorsky”, “Leonardo Helikopters” kimi aviasiya nəhənglərinin ən müasir təyyarələri ilə əvəz edilib.

Azərbaycanda və Xəzər regionunda kiçik aviasiyanın lideri olan “ASG Helicopter Services” MMC-nin yaradılmasının bu il 15 yaşı tamam oldu. Hazırda şirkət “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, AW109SP, MI 8 AMT, “Airbus Helicopters AS-332L1” helikopterlərində müxtəlif uçuşlar həyata keçirir, həmçinin kiçik “Cessna 172S” təyyarələrinə texniki dəstək və təmir xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi müddət ərzində “ASG Helicopter Services” helikopter xidmətləri bazarında tanınmış şirkətə çevrilib, uğurlu rebrendinq həyata keçirib, şirkətin texniki heyəti həm yerli, həm də beynəlxalq tənzimləyicilər tərəfindən “EASA Part-145” və digər beynəlxalq sertifikatlara layiq görülüb, “Augusta Westland” helikopterlərini istehsal edən və Avropanın aparıcı istehsalçılarından hesab olunan “Leonardo” şirkəti tərəfindən AW tipli helikopterlər üçün “Sertifikatlı Xidmət Mərkəzi” olaraq qəbul edilib. Şirkətin personalı beynəlxalq təlim mərkəzlərində təlim keçib. Hər il öz bilik və bacarıqlarını yeniləyən işçi heyəti aviasiya sahəsində yüksəkixtisaslı peşəkarlardan ibarətdir.

Şirkət Xəzər regionunda kiçik aviasiya daşımaları sahəsində lider mövqeyə malikdir. Əsas fəaliyyət istiqaməti Xəzər dənizində karbohidrogen hasilatı ilə məşğul olan neft nəhənglərinə aviasiya xidmətlərinin göstərilməsidir.

Bu növ aviasiya xidməti həqiqətən unikal hesab olunur. Fövqəladə hallarda pilotlar helikopterlərlə üzən platformalara və gəmilərə eniş etməli olurlar ki, bu da onlardan ən yüksək səviyyəli idarəetmə bacarığı və belə uçuşların həyata keçirilməsində böyük təcrübə tələb edir. Qürurla deyə bilərik ki, şirkətin demək olar ki, bütün pilotları belə peşəkar keyfiyyətlərə malikdir.

Şirkətin pilotları şəhər şəraitində helikopterlərin idarə edilməsinin çətin elementlərindən biri olan “Formula 1”in helikopter vasitəsilə hava çəkilişlərinin aparılması üçün Bakı səmasında uçuşlar həyata keçiriblər.

Gələcəkdə “ASG Helicopter Services” MMC bütün Xəzər regionu və Cənubi Qafqaz regionunda aviasiya helikopter xidmətlərinin tam spektrini təmin etməklə öz fəaliyyət dairəsini genişləndirməyi hədəfləyir. Afrikada və Cənub-Şərqi Asiyada, eləcə də Yaxın Şərqdə potensial bazarların imkanları nəzərdən keçirilir.

Yaxın perspektivdə uçuş təhlükəsizliyi ilə bağlı beynəlxalq tələblərin davamlı olaraq artacağını nəzərə alaraq, bəzi modellərin yeni tipli helikopterlərlə əvəzlənməsi planlaşdırılır.

“ASG Helicopter Services” MMC bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edir, yeni perspektivli vəzifə və istiqamətlərə sadiqliyini, həmçinin bundan sonra da ölkə aviasiyasının inkişafı naminə xidmət göstərəcəyini bəyan edir.

Reklam hüququnda

Paylaş:
295

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər