Suraxanıda gənc qızı avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda gənc qızı avtomobil vurub

1news Redaksiyası09:55 - 05 / 01 / 2024
Suraxanıda gənc qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Süleymanova Fatimə Zamiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
535

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər