Naxçıvan-Şahbuz yolunda qəza olub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan-Şahbuz yolunda qəza olub, xəsarət alan var

14:14 - 06 / 01 / 2024
Naxçıvan-Şahbuz yolunda qəza olub, xəsarət alan var

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Şahbuz rayonu Keçili kənd sakini, 1981-ci il təvəllüdlü Fətullayev Mehman Ələmdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
220

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər