Xalq Bank 2023-cü ilin yekunlarını açıqladı
Ölkənin aparıcı banklarından olan Xalq Bankın 2023-cü ilin sonuna xalis mənfəəti illik müqayisədə təxminən 2 dəfə artaraq 52,1 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə bank 27,2 milyon manat xalis mənfəət əldə etmişdi.
2023-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən Bankın aktivlərinin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 14.8 % artaraq 3 082,55 mln manat təşkil etmişdir. Hesabat dövrünün sonuna səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55 %, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) 1.82 % təşkil etmişdir. Müştərilərə verilən kredit portfelinin həcmi artaraq 1 879,88 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 2 220.97 mln manat, cəmi kapitalı 504,27 mln manata çatmışdır.
Beləliklə, aktivlərinin, kredit və depozit portfellərinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
2023-cü ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləmiş, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək “Pozitiv” olaraq qiymətləndirmişdir.
Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində 2023-cü ildə Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas alim Hökumə Billurinin “Seçilmiş əsərləri” adlı şeirlər toplusu geniş ictimaiyyətə təqdim olunmuşdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Reklam hüququnda